"Barselona" daha bir hücumçusunu satdı
29.01.2020 - 12:46
"Barselona" qış transfer dönəmində daha bir futbolçusu ilə yollarını ayırıb.
Apasport.az saytının məlumatına görə, Kataloniya klubu Karlos Peresdən sonra akademiyanın digər yetirməsi Abel Ruizi də satıb.
20 yaşlı forvard bundan sonra "Braqa"nın formasını geyinəcək. Portuqaliya klubu onun transferi qarşılığında 10 milyon avroluq ödəniş edib. Bu isə "Braqa" tarixinin ən bahalı transferidir. Anlaşmaya əsasən, "Barselona" Ruizi qarşıdakı 3 il ərzində müəyyən məbləğ qarşılığında qaytara bilər.
Qeyd edək ki, Abel Ruiz "Barselona"nın əsas komandasında 1 oyun keçirib.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0