"Barselona" hücumçusunu satdı - "Roma"ya
28.01.2020 - 00:30
"Barselona"nın hücumçusu Karlos Peres İtaliyaya köçüb.
Apasport.az saytının məlumatına görə, 22 yaşlı forvard bundan sonra "Roma"nın şərəfini qoruyacaq.
Klublar arasında danışıqlar müsbət yekunlaşıb və "Roma" "Barselona" akademiyasının yetirməsini 13 milyon avro müqabilində heyətinə cəlb edib. Anlaşmaya kataloniyalıların onu geri qaytarmaq maddəsi qoyulmayıb. Peres bu gün İtaliyaya yollanaraq, yeni komandası ilə münasibətlərini rəsmiləşdirəcək.
Qeyd edək ki, Karlos Peres ötən ildən "Barselona"nın əsas heyətinə qoşulub.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0