“Barselona” ilə yeni müqaviləni razılaşdırdı – milli üzvü
03.08.2021 - 16:16
“Barselona”nın yarımmüdafiəçisi Usman Dembelenin durumuna aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, Fransa millisinin üzvü Kataloniya klubundakı çıxışını davam etdirəcək.
Çünki futbolçunun meneceri ilə aparılan danışıqlarda yeni müqavilənin imzalanması razılaşdırılıb. Bir müddətdir davam edən görüşlərin yekununda gələn ilin yayına qədər olan sözləşmənin 1 və ya 2 il müddətinə uzadılması yönündə ilkin qərar verilib.
Qeyd edək ki, hazırda zədəli olan Usman Dembelenin noyabrda kollektivə qoşulması gözlənilir.
0
0