“Barselona” müdafiəçisini 3 aylıq itirdi
19.01.2022 - 09:10
“Barselona” müdafiəçisini 3 aylıq itirdi

“Barselona”nın müdafiəçisi Samuel Umtiti əməliyyat olunub.

Apasport.az saytının məlumatına görə, klub əməliyyatın uğurlu keçdiyini açıqlayıb.

Fransa millisinin üzvünün məşq zamanı ayağı sınmışdı. Həkimlər 29 yaşlı futbolçunun 3 ay yaşıl meydanlardan uzaq qalacağını açıqlayıb.

Qeyd edək ki, Samuel Umtiti cari mövsüm La Liqada cəmi 1 oyunda iştirak edib. XVII turda “Osasuna” ilə görüşü (2:2) əvəz edilmədən keçirən müdafiəçi sarı vərəqə ilə yadda qalıb.