“Barselona” onları itirdi – cavab oyununu buraxacaqlar
26.02.2020 - 10:31
“Barselona” onları itirdi – cavab oyununu buraxacaqlar

Çempionlar Liqasının 1/8 final mərhələsində “Napoli” ilə səfərdə heç-heçə edən “Barselona” (1:1) iki futbolçusunu itirib.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçilər Serxio Buskets və Arturo Vidal cavab qarşılaşmasını buraxacaqlar.

Buna səbəb hər iki oyunçunun cəzalı duruma düşməsidir. Buskets 49-cu dəqiqədə sarı vərəqə alaraq limiti doldurubsa, Vidal 89-cu dəqiqədə ikinci sarı vərəqə ilə meydandan qovulub. Bundan başqa, son dəqiqələrdə zədələnərək əvəzlənən müdafiəçi Xerard Pikenin də durumu qeyri-müəyyəndir.

Qeyd edək ki, “Barselona” ilə “Napoli” arasında cavab matçı martın 18-də “Nou Kamp”da keçiriləcək.