“Real”ın hücumçusu Vinisyus Junior əzəli rəqib “Barselona”nın fanatıdır.
Apasport.az saytının məlumatına görə, bunu Kataloniya klubunun Braziliya üzrə keçmiş skautu Andre Kyuri deyib.
O bildirib ki, gənc forvard kataloniyalıların Çempionlar Liqasında PSJ-ni 6:1 hesabı ilə məğlub etməsinə çılğın şəkildə sevinib: “Vinisyus “Barselona”ya azarkeşlik edirdi. Bu komanda PSJ-ni 6:1 hesabı ilə məğlub edəndə sevincindən ağladı”.
O, futbolçunun “Real”dan əvvəl “Barselona”ya keçməyə yaxın olduğunu da əlavə edib: “Vinisyusun “Barselona”ya transferi həlledici mərhələdə idi. Hər iki meneceri mənim dostum idi. Müqavilə imzalandı, yalnız Vinisyusun rəsmi sazişə qol çəkməsi qalmışdı. Amma son anda dostlarım mənə və klubuma xəyanət etdilər. 2017-ci ildə baş verəndən həmin hadisədən bəri onlarla danışmıram”.
Qeyd edək ki, Vinisyus Junior “Real”a 2018-ci ildə “Flamenqo”dan keçib.
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir