"Barselona" toplaşır
02.05.2020 - 22:42
"Barselona"nın bir araya gələcəyi tarix müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Kataloniya klubu mayın 6-da bazada toplaşacaq.
Vətəni Niderlandda olan yarımmüdafiəçi Frenki de Yonq mayın 3-də İspaniyaya dönəcək. Madriddə ailəsi ilə birlikdə karantində olan hücumçu Martin Braytvayt da yaxın günlərdə Barselonaya qayıdacaq. Komanda mayın 6-da bazada koronavirus testindən keçəcək. Daha sonra İspaniya hökumətinin qərarına əsasən məşqlərin bərpa tarixi müəyyənləşəcək.
Qeyd edək ki, "Barselona" XXVII turdan sonra dayandırılan La Liqaya 58 xalla liderlik edir.
0
0