MMA üzrə UFC-nin məğlubedilməz çempionu Həbib Nurməhəmmədov Çempionlar Liqasının 1/8 final mərhələsi ilə bağlı proqnoz verib.
Apasport.az saytının məlumatına görə, 32 yaşlı döyüşçünün fikrincə, qrup mərhələsini birinci pillədə tamamlayan və püşkatmada səpələnmişlər sırasında yer alan komandalar 1/4 finala adlayacaqlar.
O, instaqram səhifəsi vasitəsilə etdiyi paylaşımda “Mançester Siti”, “Bavariya”, “Çelsi”, “Liverpul”, “Yuventus”, PSJ, “Borussiya” (Dortmund) və “Real”ın yoluna davam edəcəyini iddia edib. Maraqlıdır ki, Nurməhəmmədov “Barselona” və “Atletiko” kimi klublara şans verməyib.
Qeyd edək ki, Çempionlar Liqasında 1/8 final mərhələsinə 2021-ci ilin fevralında start veriləcək.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”