"Barselona" və "Milan" istədi, "Leypsiq"ə keçdi
23.01.2020 - 17:05
Zaqreb "Dinamo"sunun yarımmüdafiəçisi Dani Olmonun yeni komandasının adına aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, "Barselona" və "Milan"ın heyətinə qatmaq istədiyi gənc futbolçu karyerasını Almaniyada davam etdirəcək.
İspaniya millisinin üzvü "Leypsiq"lə anlaşıb. Bundesliqa təmsilçisi bu keçid müqabilində xorvatlara 30+5 milyon avro ödəniş edəcək. Olmo "Dinamo"nun satdığı ən bahalı oyunçu kimi tarixə düşəcək.
22 yaşlı futbolçu "Leypsiq"lə 2025-ci ilin yayına qədər müqavilə imzalayacaq. Transferin yaxın günlərdə rəsmiləşməsi gözlənilir.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0