“Barselona”da daha bir müqavilə - 1 milyard avroluq bənd
20.01.2022 - 16:17
“Barselona”da daha bir müqavilə - 1 milyard avroluq bənd

“Barselona” daha bir gənc futbolçusu ilə yeni müqavilə imzalayacaq.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Qavinin uzun müddət komandada qalacağı dəqiqləşib.

18 yaşlı orta sahə oyunçusu kataloniyalılarla əməkdaşlığını uzun müddət davam etdirəcək. Çünki tərəflər sözləşmənin 2026-cı ilin yayına qədər uzadılmasını razılaşdırıblar. Müqavilədə Qavinin sərbəst qalma məbləği 1 milyard avro göstəriləcək.

Qeyd edək ki, “Barselona”nın akademiyasında yetişən Qavi ötən ildən əsas komandaya cəlb olunur.