“Barselona”da itki: Pike zədələndi
08.04.2022 - 10:31
“Barselona”nın müdafiəçisi Jerar Pike zədələnib.
Apasport.az saytının məlumatına görə, təcrübəli futbolçu Avropa Liqasının “Ayntraxt”la qarşılaşmasında xəsarət alıb.
Sürüşərək yıxılan müdafiəçi qasıq nahiyəsində ağrılar hiss edib. O, bu üzdən matçı davam etdirə bilməyib. Pike 23-cü dəqiqədə Kleman Lanqle ilə əvəzlənib.
Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
0
0