La Liqa klubların maaş limiti ilə bağlı hesabat aparıb.
Apasport.az saytının məlumatına görə, klubların ümumi maaş limiti 2 milyard 47 milyon avro təşkil edib.
Yalnız bir komandada bu rəqəm mənfidir. Maliyyə çətinlikləri olan “Barselona”da rəqəm -144,35 milyon təşkil edir. Mövsümün əvvəlində 97,94 milyon avro maaş limiti olan klub yarım ildə ziyana düşüb.
Oyunçu və məşqçilərinin maaşları, həmçinin akademiya xərclərində ən böyük vəsaiti “Real” ayıra bilər. Madridlilərin bunun üçün 739,16 milyon avro xərcləmək imkanı var.
Qeyd edək ki, “Sevilya” 199,15, “Atletiko” 161,22 milyon xərcləyə bilər.