“Barselona”da qala bilər - Messi
28.10.2020 - 22:43
“Barselona”da qala bilər - Messi

“Barselona”nın kapitanı Lionel Messi klubda qala bilər.
 
Apasport.az saytının məlumatına görə, Argentina millisinin üzvünün mövsümün sonunda komandasını dəyişməklə bağlı qərarını dəyişməsi istisna edilmir.
 
Buna səbəb klub prezidenti Xosep Bartomeunun istefa verməsidir. Onun idarəçiliyindən narazı qalan 33 yaşlı superulduz istefa xəbərindən sonra fikrini dəyişə bilər. Azarkeşlər yeni prezident seçkilərinin ardından Leonun müqavilə müddətini uzatmasına ümid edir.
 
Bartomeunun dəstəklədiyi namizəd 2021-ci ilin martındakı seçkilərdə qalib gələrsə, Messi mövsümün sonunda “Mançester Siti”yə keçəcək.

0