“Barselona”da qalmaqal
03.02.2020 - 23:29
“Barselona”da qalmaqal

İspaniyanın “Barselona” klubunun məşqində xoşagəlməz hadisə yaşanıb.

Apasport.az saytının məlumatına görə, komandanın səhər hazırlığı zamanı Lionel Messi və Jerar Pike arasında qalmaqal baş verib.

Münaqişəyə futbolçular arasında yaranan mübahisə səbəb olub. Ulduz oyunçular bir-birinə səslərini ucaldaraq qışqırıblar. Digər futbolçuların müdaxiləsindən sonra Messi və Pikeni sakitləşdirmək mümkün olub.

Yaşananlar baş məşqçi postundakı dəyişiklikdən sonra “Barselona”dakı nizam-intizamın aşağı düşməsi ilə izah olunur. Ernesto Valverdeden sonra bu posta gələn Kike Setyenin gəlişi ab-havaya ciddi təsir edib. Hər matçdan öncə Messi və Pikenin komanda yoldaşlarına müraciəti daimi hal almışdısa, son iki qarşılaşmada belə hadisə qeydə alınmayıb.

Qeyd edək ki, 22 turdan sonra hesabında 46 xal olan “Barselona” ikinci pillədə qərarlaşıb.