"Barselona"da klubdaxili gərginlik davam edir.
Apasport.az saytının məlumatına görə, prezident Xosep Bartomeu buna son qoymaq üçün təcili görüş təşkil etmək qərarına gəlib.
O, ilk növbədə idman direktoru Erik Abidalla bir araya gələrək, kapitan Lionel Messi ilə aralarında yaşananlara aydınlıq gətirməyə çalışacaq. Abidal mətbuata açıqlamasında futbolçuların heç də hamısının keçmiş baş məşqçi Ernesto Valverdedən razı qalmadığını bildirib.
Messi isə sosial şəbəkə vasitəsilə ona cavab verərək, konkret ad çəkməsini tələb edib. Argentinalı bu cür açıqlamalardan sonra bütün diqqətlərin onun üzərinə cəmlənməsindən narahatdır.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı