“Barselona”dan 40 milyonluq təklif
01.12.2021 - 21:54
“Barselona”dan 40 milyonluq təklif

“Barselona” Avstriya “Zalsburq”unun hücumçusu Kərim Adeyemini transfer etmək qərarına gəlib.

Aopasport.az saytının məlumatına görə, İspaniya klubu artıq forvardla bağlı təklif göndərib.

Barselonalılar Adeyemini qışda heyətinə qatmağı planlaşdırır. Klub rəhbərliyi “Zalsburq”a 40 milyon avro qarşılığında transferi reallaşdırmağı təklif edib.

Qeyd edək ki, Adeyemi cari mövsümün 15 oyununda 11 qol vurub.