“Barselona”dan “Bavariya”ya təklif
05.04.2022 - 23:41
“Barselona”dan “Bavariya”ya təklif

“Barselona” Robert Levandovskinin transferi ilə bağlı yeni təklif hazırlayıb.

Apasport.az saytının məlumatına görə, İspaniya klubu polşalı hücumçunu ələ keçirmək üçün futbolçularından birini  “Bavariya”ya verməyə razıdır.

Barselonanın eyniadlı təmsilçisi müdafiəçi Serjinyo Desti Almaniya klubuna verməyi planlaşdırır. İspaniyalılar ondan əlavə pul da ödəməyi planlaşdırır. Münhen klubu da ABŞ yığmasının 21 yaşlı müdafiəçisinin xidmətində maraqlıdır.

Qeyd edək ki, Dest cari mövsümdə 27 oyun keçirib. Robert isə 38 matçda 45 qola imza atıb.