“Barselona”nın hədəfi
26.02.2022 - 15:25
“Barselona”nın hədəfi bəlli olub.
Apasport.az saytının məlumatına görə, bunu İspaniya təmsilçisinin prezidenti Joan Laporta açıqlayıb.
Maliyyə çətinlikləri və heyətlə bağlı müəyyən problemləri olan komanda iddialarından əl çəkməyib: “Əsas hədəflərimizdən biri La Liqada çempion olmaqdır. Heç nə dəyişməyib”.
Qeyd edək ki, hazırda 42 xalla 4-cü pillədə qərarlaşan “Barselona” “Real”dan bir oyun az keçirib və 15 xal geri qalır.
0
0