“Barselona”nın maraqlandığı portuqaliyalı
15.03.2022 - 17:46
“Barselona” “Vulverhempton”un yarımmüdafiəçisi Ruben Neveşlə maraqlanır.
Apasport.az saytının məlumatına görə, Kataloniya klubu onun kapitan Serxio Busketsin layiqli əvəzləyicisi olacağına inanır.
Xüsusən də, La Liqa təmsilçisinin prezidenti Joan Laporta Portuqaliya millisinin üzvünün transferində israrlıdır. Neveşin qiyməti 50 milyon avroya bərabər göstərilir. Bu amil ispanlar üçün problem ola bilər.
Qeyd edək ki, 25 yaşlı oyunçu bu mövsüm 27 oyunda 4 qol vurub, 2 məhsuldar ötürmə verib.
- "Napoli" də "Qarabağ"la oyuna görə cərimələnib
- "Atletik" "Qarabağ"la oyunda azarkeşlərin davranışına görə cəzalandırılıb
- Almaniya millisinin sabiq üzvü faciəvi şəkildə həlak olub
- “Barselona” mərkəz müdafiəçisi axtarışındadır: üç namizəd var
- Braziliya millisinin üzvü karyerasını vətənində davam etdirəcək
0
0