“Barselona”nın müdafiəçisinin yeni müqavilə üçün tələbi
28.11.2021 - 00:32
“Barselona”nın müdafiəçisinin yeni müqavilə üçün tələbi

“Barselona”nın müdafiəçisi Ronald Arauxo müqavilə müddətini yeniləmək arzusundadır.

Apasport.az saytının məlumatına görə, 22 yaşlı mərkəz müdafiəçisi bu istəyini rəhbərliyə çatdırıb.

Uruqvay millisinin üzvü bunun üçün rəhbərlik qarşısında şərt də qoyub. Kataloniyalılar Arauxoya illik 3,5 milyon avro maaş olmaqla 2026-cı ilə qədər yeni sözləşmə təklif etməyi fikirləşir. Lakin futbolçu ilinə 5 milyon avro məvacib tələb edib. 

Qeyd edək ki, hazırkı müqavilə müddəti 2023-cü ilin yayına qədər olan Ronald Arauxo ilinə 2,1 milyon avro qazanır.