"Barselona"ya "yox" dedi - müqaviləsini yeniləyir
04.02.2020 - 00:15
"Çelsi"nin yarımmüdafiəçisi Villianın "Barselona"ya keçmək variantı yaranıb.
Apasport.az saytının məlumatına görə, İspaniya çempionu Braziliya millisinin üzvünə "transfer pəncərə"sinin son günündə təklif göndərib.
Lakin 31 yaşlı oyunçu komandasını dəyişməyə razılıq verməyib. Kataloniyalılar bu keçid üçün 20 milyon avro təklif etsələr də, Villian İngiltərədə həm özünün, həm də ailəsinin rahat yaşadığını və bunu pozmamaq üçün "Çelsi"də qaldığını söyləyib.
"Çelsi" ilə müqavilə müddəti mövsümün sonuna qədər olan Villianın tezliklə yeni 2 və ya 3 illik sazişə qol çəkməsi gözlənilir.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0