"Tottenhem"in futbolçusu Kristian Eriksen klub seçimini edib.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi uzun müddətdir danışıq apardığı "İnter"lə anlaşıb.
"Barselona"dan da təklif alan Danimarka millisinin üzvü seçimini "neradzurra"nın xeyrinə edib. Artıq klublar arasında da razılıq əldə olunub. "Tottenhem" bu keçiddən bonuslar da daxil olmaqla 20 milyon avro gəlir götürəcək. Yeni komandası ilə 4,5 illik müqavilə bağlayacaq 27 yaşlı oyunçunun illik məvacibi 10 milyon avro olacaq.
Qeyd edək ki, 2013-cü ildən "Tottenhem"in şərəfini qoruyan Kristian Eriksenin londonlularla müqavilə müddəti cari mövsümün sonuna qədərdir.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı