“Baş məşqçimiz yalnız italyanca danışır” – azərbaycanlı futbolçu
03.02.2020 - 10:39
“Baş məşqçimiz yalnız italyanca danışır” – azərbaycanlı futbolçu

"Özümdən bir yaş böyüklərlə U-17 komandası ilə məşq edirəm. "Peruca"da işlərimin daha yaxşı olacağına inanıram".

Bunu apasport.az saytına "Peruca"nın azərbaycanlı futbolçusu Raul Yaqubov deyib.

İtaliya təmsilçisinin U-17 komandasında çıxış edən forvard tezliklə əsas heyətə düşməyi planlaşdırır: "Baş məşqçi məndən razıdır. Hazırlığımızı əsas komandamızın çalışdırıcısı Sersi Kosmi də izləyir. Onlarla məşq etmək, ora cəlb olunmaq şansım var. Lakin indidən bu haqda danışmaq tezdir. Mən məşqimi edib, şansımı gözləyirəm. Bir çox klubdan təkliflərim var. Amma məqsədim "Peruca"nın əsas komandasında oynamaqdır".

Gənc hücumçu artıq italyanca öyrəndiyini və onun üçün işlərin daha asan olduğunu söyləyib: "İtalyan dilini öyrənmişəm. Bu əsas məsələlərdən biridir. Çünki baş məşqçimiz yalnız italyan dilində danışır. Az müddət olsa da, italyanca öyrənə bilmişəm".