Almaniyanın “Bavariya” klubu hücum xəttini gücləndirmək niyyətindədir.
Apasport.az saytının məlumatına görə, Münhen təmsilçisi Kərim Adeyemini transfer etməyə hazırlaşır.
Bundesliqa klubunun rəhbərliyi Avstriya “Zalsburq”unda çıxış edən 19 yaşlı forvardın böyük perspektiv vəd etdiyini düşünür. Yayda “Volfsburq”un 9 milyon avroluq təklifindən imtina edən avstriyalıların “Bavariya”dan daha yüksək məbləğ tələb edəcəyi gözlənilir.
“Bavariya”nın aşağı yaş qruplarından ibarət komandalarında oynamış Kərim də doğma kluba qayıtmağın əleyhinə deyil. Lakin “Bavariya” kimi, digər Avropa nəhəngləri də Adeyeminin xidmətində maraqlıdır. Belə ki, “Barselona” və “Liverpul” da onu izləməkdə davam edir.
Qeyd edək ki, Kərim cari mövsümün 15 matçında 10 qola imza atıb.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər