“Bavariya” 3 illik müqaviləni razılaşdırdı
15.01.2022 - 14:59
“Bavariya” qapıçısı Manuel Noyerlə yeni müqavilənin müddəti barədə razılıq əldə edib.
Apasport.az saytının məlumatına görə, tərəflər 3 illik anlaşma imzalayacaq.
İndiki müqaviləsi 2023-cü ildə başa çatacaq qolkiper 2026-cı ilədək Münhen təmsilçisində qalacaq. Noyer 2011-ci ildən şərəfini qoruduğu klubla 1 illik anlaşmaya da razı idi. Lakin tərəflər daha uzunmüddətli müqavilə barədə razılıq əldə edib.
Qeyd edək ki, Manuel cari mövsümdə 25 oyuna çıxıb.
0
0