“Bavariya” Halanda görə bombardiri ilə danışıq aparmır
12.01.2022 - 17:24
“Bavariya” Halanda görə bombardiri ilə danışıq aparmır

“Bavariya” Dortmund “Borussiya”sının hücumçusu Erlinq Halandın transferində israrlıdır.

Apasport.az saytının məlumatına görə, Münhen klubu gənc futbolçunun meneceri Mino Rayola ilə bununla bağlı əlaqə saxlayıb.

Bundesliqa təmsilçisi hazırkı Robert Levandovskinin yüksək tələbləri səbəbindən onunla yeni sözləşməyə yaxın durmur. Bu üzdən polşalının meneceri Pini Zahavi ilə danışıqlar dayandırılıb. Almanlar mövsümün sonunda Halandı heyətinə qata bilsə, Levandovski ilə yeni saziş bağlamayacaq.

Qeyd edək ki, Erlinq Haland bu mövsüm “Borussiya”nın heyətində 17 oyunda 19 qol vurub, 5 məhsuldar ötürmə verib. “Bavariya”nın bombardiri Levandovski isə 26 matçda 31 dəfə fərqlənib.