“Bavariya” Qaviyə elçi düşdü
14.03.2022 - 11:52
“Bavariya” Qaviyə elçi düşdü

“Barselona”nın futbolçusu Qavi karyerasını Almaniyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, ispaniyalı yarımmüdafiəçinin xidmətində “Bavariya” maraqlıdır.

Onun müqaviləsində sərbəstqalma məbləği kimi 50 milyon avro göstərilib. Bu, 2022-ci ilin yayına qədər qüvvədə olacaq.

Barselonalılar Qavi ilə yeni anlaşma barədə razılıq əldə edə bilmir. Münhenlilər də bundan yararlanmaq niyyətindədir. Onun indiki müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.

Qeyd edək ki, Qavi cari mövsümün 34 matçında 2 qol vurub.
 

0