“Bavariya” Qnabri ilə anlaşa bilmir – yeni müqavilə üçün
23.02.2022 - 22:50
“Bavariya” futbolçusu Serj Qnabri ilə müqaviləni uzatmaqla bağlı razılıq əldə edə bilmir.
Apasport.az saytının məlumatına görə, Almaniya klubunun idman direktoru Hasan Salihamiciç futbolçunun nümayəndələri ilə görüşüb.
Tərəflər ortaq məxrəc tapmayıblar. Yeni müqavilə ilə danışıqların sonradan davam etdiriləcəyi gözlənilir.
Qnabri Leroy Sane və Kinqsli Koman kimi ildə 15-20 milyon avro maaş istəyir. “Çelsi” və “Tottenhem”in maraq dairəsində olan futbolçu Londona köçməyin əleyhinə deyil.
Qeyd edək ki, Serjin “Bavariya” ilə müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.
0
0