“Bavariya” hücumçusu ilə anlaşa bilmir
05.02.2022 - 16:04
“Bavariya” hücumçusu ilə anlaşa bilmir

“Bavariya” hücumçusu Serj Qnabri ilə yeni müqavilənin şərtlərini müzakirə edir.

Apasport.az saytının məlumatına görə, tərəflər hələ də razılığa gələ bilmirlər.

Almaniyalı futbolçu 2023-cü ilin yayında azad agent kimi komandanı tərk etmək istəmir. Ancaq rəhbərliyin təklif etdiyi maliyyə şərtlərindən razı deyil. 26 yaşlı ön xətt oyunçusu Leroy Sane və Kinqsli Koman qədər maaş almaq fikrindədir. Bu, bonuslar nəzərə alınmasa, ildə təxminən 15 milyon avrodur.

Qeyd edək ki, Serj Qnabri bu mövsüm bütün turnirlərdə 27 oyuna çıxıb, 12 qol vurub, 7 məhsuldar ötürmə verib.