“Bavariya” müdafiəçi alır
10.03.2022 - 23:18
“Bavariya” sağ cinah müdafiəçisi alacaq.
Apasport.az saytının məlumatına görə, Almaniya klubu bu mövqeyə iki oyunçunun namizədliyini nəzərdən keçirir.
Münhenlilər Nussair Mazraui və ya Denzel Dumfrisi heyətində görmək istəyir. Bu iki müdafiəçidən birinin yayda “Bavariya”ya qoşulması gözlənilir.
“İnter”in formasını geyinən 25 yaşlı Dumfrisin müqaviləsi 2025-ci ildə başa çatacaq. “Ayaks”ın 24 yaşlı oyunçusu isə yayda azad agent statusu alacaq.
0
0