"Yuventus"un yarımmüdafiəçisi Duqlas Kosta Almaniyaya qayıda bilər.
Apasport.az saytının məlumatına görə, braziliyalı futbolçu yenidən "Bavariya"nın formasını geyinməyə hazırlaşır.
Serj Qnabri və Kinqsli Koman zədəli olduğu üçün vinger axtarışında olan Münhen təmsilçisi bu problemi sabiq oyunçusu ilə yoluna qoymağı planlaşdırır. Kosta özü də "Yuventus"da oyun praktikasından əziyyət çəkdiyi üçün ayrılmaq istəyir. Klublar arasında oyunçunun icarəyə verilməsi məsələsi müzakirə olunur.
Qeyd edək ki, Duqlas Kosta bu mövsüm A seriyasında 10 matçda iştirak edib. O, 2015-2017-ci illərdə "Bavariya"nın formasını geyinib.
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA