Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin cavab oyununda “Zalsburq”u darmadağın edən (7:1) “Bavariya” öz göstəricisini yaxşılaşdırıb.
Apasport.az saytının məlumatına görə, Almaniya təmsilçisi qitənin ən nüfuzlu klub turnirində 7-ci dəfə 7 və daha çox qolla qalib gəlib ki, bu, əlçatmaz rekorddur.
Münhen klubunun hücumçusu Robert Levandovski isə ÇL-in eyni mövsümündə iki və ya daha çox het-trik edən 5-ci oyunçu olub. Ondan əvvəl Kriştiano Ronaldo (2015/16, 2016/17), Lionel Messi (2011/12, 2016/17), Luis Adriano (2014/15) və Mario Qomes (2011/12) bunu bacarıb. Bu baxımdan rekordçu Ronaldodur. Portuqaliyalı 2015/16 mövsümündə üç het-trikə imza atıb.
Bundan başqa, “Bavariya” tarixində 20-ci dəfə Çempionlar Liqasının 1/4 finalına yüksəlib. Almanlar 1/4 finala yüksəlməkdə öz rekordunu yeniləyib. Bu göstəriciyə ən yaxın olan “Barselona”dır. İspanlar 18 dəfə 1/4 finalda mübarizə aparıb.
Qeyd edək ki, bu komandalar arasında ilk oyunda 1:1 hesabı qeydə alınıb.