“Bavariya”da Noyer və Müller razı, Levandovski narazıdır
12.01.2022 - 13:26
“Bavariya”da Noyer və Müller razı, Levandovski narazıdır

“Bavariya” aparıcı futbolçuları Manuel Noyer, Tomas Müller və Robert Levandovski ilə yeni müqavilə imzalamaq niyyətindədir.

Apasport.az saytının məlumatına görə, Münhen klubu ulduzları ilə yazda danışıqlara başlayacaq.

Klub rəhbərliyi yaşı 30-dan çox olanlarla sözləşməni cəmi bir il müddətinə uzatmağı düşünür. Noyer və Müller bu varianta razıdır. Onlar karyeralarının sonuna qədər Bundesliqa təmsilçisində qalmaq istəyir.

Ancaq Levandovski ilə bağlı vəziyyət fərqlidir. 33 yaşlı forvard uzunmüddətli müqavilə və illik 24 milyon avroluq maaşın azaldılmamasını tələb edib. Ancaq rəhbərlik yaşını nəzərə alaraq, bu məbəğin yüksək olduğunu düşünür.

Qeyd edək ki, qapıçı Manuel Noyer 2011, hücumçu Roberto Levandovski 2014-cü ildən “Bavariya”da çıxış edirsə, Müller məhz bu klubun yetirməsidir. Hər üçünün hazırkı müqavilə müddəti gələn ilin yayına qədərdir.