“Bavariya”da yeni müqavilə
03.05.2022 - 16:07
“Bavariya”da yeni müqavilə

“Bavariya” Tomas Müllerlə müqaviləni uzadıb.

Apasport.az saytının məlumatına görə, 32 yaşlı hücumameylli yarımmüdafiəçi ilə yeni anlaşma 2024-cü ilin yayına qədər nəzərdə tutulub.

10 yaşında “Bavariya”nın akademiyasına qatılan Müller əsas komandada 2007-ci ildə debüt edib. O, klubunda 624 matça çıxıb.

Qeyd edək ki, Tomas cari mövsüm Bundesliqanın 30 oyununda 7 qol vurub.