"Bavariya"nı tərk edir - aparıcı müdafiəçi
20.03.2020 - 23:47
"Bavariya"nın müdafiəçisi David Alaba mövsümün sonunda komandasını dəyişməyə hazırlaşır.
Apasport.az saytının məlumatına görə, 28 yaşlı futbolçu digər təklifləri nəzərdən keçirməyə başlayıb.
Münhen təmsilçisi ilə müqavilə müddəti gələn ilin yayına qədər olan Avstriya millisinin üzvü yeni saziş təklifini qəbul etməyib. Bundesliqa klubu da onu gələn il havayı əldən buraxmamaq üçün mövsümün sonunda satmağı planlaşdırır. Hazırda Alaba uğrunda mübarizədə "Barselona" bir addım öndə göstərilir.
Qeyd edək ki, David Alaba 2008-ci ildən "Bavariya"nın formasını geyinir.
0
0