“Bavariya”nın qapıçısı geri qayıtmır
11.03.2022 - 17:49
“Bavariya”nın “Monako”da icarədə olan qapıçısı Aleksandr Nyubel bu yay Münhen təmsilçisinə qayıtmayacaq.
Apasport.az saytının məlumatına görə, bunu futbolçunun agenti Ştefan Baks açıqlayıb.
O bildirib ki, qolkiper növbəti mövsümü də “Knyazlıq klubu”nda çıxış edəcək. Nyubel icarə müqaviləsinin başa çatacağı 2023-cü ilin yayına qədər Liqa1 təmsilçisində qalacaq.
Qeyd edək ki, Aleksandr cari mövsümün 37 matçında 39 top buraxıb. O, 2025-ci ilin yayına qədər “Bavariya”ya məxsusdur.
0
0