“Bavariya”ya qiymət oxuyur – İngiltərə klubu
16.02.2021 - 00:19
“Bavariya”ya qiymət oxuyur – İngiltərə klubu

Almaniyanın “Bavariya” klubu İngiltərə “Norviç”inin futbolçusu Maks Aaronsun transferi ilə bağlı danışıqları davam etdirir.

Apasport.az saytının məlumatına görə, britaniyalılar 21 yaşlı futbolçu üçün 35 milyon funt sterlinq tələb edir.

Premyer Liqaya qayıtmağı hədəfləyən komanda aparıcı müdafiəçisinin qiymətində güzəştə getməyi planlaşdırmır. Çempionşipin liderinin qoyduğu qiymət “Bavariya”nı qane etmir.

Qeyd edək ki, Aarons “Mançester Yunayted” və “Barselona”nın da transfer siyahısında yer alıb.
 

0