“Bavariya”ya qol vuran hücumçu İngiltərə yolunda
08.04.2022 - 14:15
“Bavariya”ya qol vuran hücumçu İngiltərə yolunda

“Vilyarreal”ın hücumçusu Arno Qruneveld karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, 25 yaşlı niderlandlı “Mançester Yunayted”in hədəfinə düşüb.

Premyer Liqa klubunun skautları Çempionlar Liqasının 1/4 final mərhələsinin “Bavariya” ilə görüşündə forvardı izləyib. Qruneveld də bu görüşdə komandasının 1:0 hesablı qələbəsini gətirən qola imza atıb. “Liverpul” da bu oyunçunun xidmətində maraqlıdır.

Qeyd edək ki, Arno cari mövsümdə 29 oyunda 14 qol vurub.