“Bavriya”dan 40 milyonluq təklif
21.03.2020 - 18:25
Almaniyanın “Bavariya” klubu heyətinə yeni futbolçu qatmaq niyyətindədir.
Apasport.az saytının məlumatına görə, Münhen təmsilçisi “Bayer”də çıxış edən Kay Havertsin transferində maraqlıdır.
Almaniyanın ən titullu klubu 20 yaşlı yarımmüdafiəçiyə 5 illik müqavilə təklif edəcək. Haverts “Bavariya”ya keçsə, ildə 8, ümumilikdə 40 milyon avro maaş alacaq.
Qeyd edək ki, Kay cari mövsüm Bundesliqada 22 oyuna 6 qol vurub.
0
0