“Bayer”in futbolçusu A seriyasına gedir
13.01.2022 - 23:14
“Bayer”in futbolçusu Nadim Amiri karyerasını İtaliya A seriyasında davam etdirməyə yaxındır.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçinin özü də qış fasiləsində Bundesliqa təmsilçisini tərk etmək niyyətindədir.
Amirinin “Cenoa”ya keçəcəyi gözlənilir. Onun icarəyə verilməsi planlaşdırılır. Müqavilədə icarə başa çatdıqdan sonra mümkün transfer barədə bənd də var.
Qeyd edək ki, Nadim cari mövsümün 12 oyununda 1 qol vurub.
0
0