“Bazel”dən “Qarabağ”la oyunöncəsi QƏRARLAR
03.12.2021 - 11:59
“Bazel”dən “Qarabağ”la oyunöncəsi QƏRARLAR

“Qarabağ”ın Konfrans Liqasının qrup mərhələsindəki rəqibi “Bazel” koronavirus tədbirlərinə bir neçə düzəliş edib.

Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin son turunda Azərbaycan təmsilçisi ilə ev matçı öncəsi bəzi qərarlar qəbul olunub.

Pandemiyanın yayılma sürətini nəzərə alan klub rəhbərliyi “Sent Yakob-Park”dakı matçlar zamanı stadion ərazisində qapalı məkanlarda maskadan istifadə etmək tələbi qoyub. Bu tələb qonaqların yerləşdiyi otaqlara, media mərkəzinə və s. kimi qapalı yerlərə aiddir. Tribunalarda və stadionun ətrafında bu məcburiyyət olmayacaq.

Dekabrın 5-də İsveçrə çempionatının XVI turunda “Lozanna” ilə matçdan etibarən bu qaydalara riayət ediləcək. “Bazel” “Lozanna” ilə görüşdən dörd gün sonra – dekabrın 9-da isə “Qarabağ”ı qəbul edəcək.

Qeyd edək ki, son tur öncəsi “Bazel” və “Qarabağ” 11 xala malikdir. İsveçrə təmsilçisinə qrup birinciliyi üçün ağdamlılarla qarşılaşmada heç-heçə də sərf edəcək.