“Beşiktaş”ı “Arsenal”a dəyişir
16.03.2022 - 17:47
“Beşiktaş” hücumçusu Kayl Larinlə yollarını ayırmağa hazırlaşır.
Apasport.az saytının məlumatına görə, buna səbəb 27 yaşlı forvardla yeni müqavilə məsələsində ortaq məxrəcə gələ bilməməkdir.
İstanbul təmsilçisi bir neçə dəfə Kanada millisinin üzvü ilə danışıq aparsa da, yeni sözləşmə şərtləri onun ürəyincə olmayıb. Yayda azad agent statusu daşıyacaq Larinin karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək variantı yaranıb. Çünki “Arsenal” onun meneceri ilə danışıqlara başlayıb.
Qeyd edək ki, Kayl Larin 2018-ci ilin yanvarından “Beşiktaş”da çıxış edir.
0
0