“Bizi daha yuxarılarda görürdülər” - Cavid Hüseynov
08.02.2020 - 21:17
“Bizi daha yuxarılarda görürdülər” - Cavid Hüseynov

"Oyun gözlənilən idi. "Sumqayıt"a qarşı oynayırdıq. Sadəcə, qələbə istəyirdik. Amma alınmadı".

Apasport.az saytının məlumatına görə, bunu "Zirə"nin kapitanı Cavid Hüseynov Premyer Liqanın XVI turunda səfərdə "Sumqayıt"a 1:2 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

32 yaşlı yarımmüdafiəçi qırmızı vərəqə alan komanda yoldaşları İlkin Muradov və Ağabala Ramanazov barədə də danışıb: "Birinci qırmızı vərəqəyə kimi normal və sakit oyun gedirdi. Amma azlıqda qalmaq çox təsir edir. İstəmirdik ki, belə olsun. Meydanda iki yaxşı komanda var idi. Sadəcə birini sındırmaq düzgün deyil".

Hüseynovun fikrincə, ilk qırmızı vərəqə ədalətsiz olub: "Epizod mənim gözümün qabağında idi. Həqiqəti demək lazımdır. Səhv eləmirəmsə, həmin epizodda İlkin Muradov Əmir Ağayevlə mübarizə aparırdı. Ağayev əllə oynadı, nə oldusa, sonradan oldu. Gözləyirdim ki, əlinə dəydiyi üçün bizim lehimizə qərar veriləcək. Amma əksinə oldu, ikinci sarı və oyunçumuz qırmızı vərəqə aldı. Ağabala Ramazanovun epizodunda isə deyiləcək bir söz yoxdur. Vurdu, əsəbiləşdiyi üçün etdi. 1:2 hesabı ilə uduzuruq, külək də bizə qarşıdır. Gərginliyin olması normaldır. Hər bir şey sənin əksinə gedir. Əsəbiləşir və qıcıqlanırsan". 

Təcrübəli oyunçu bildirib ki, "Sabah"la oyundan sonra hamı "Zirə" haqqında başqa düşüncələrə sahib idi: "Hamı düşünürdü ki, "Zirə" gəlir. Bizi daha yuxarılarda görürdülər. Oyundan sonra baş məşqçi iki dəqiqə danışdı". 

Hüseynov növbəti turda qarşılaşacaqları "Qarabağ"la oyun barədə də fikirlərini bölüşüb: "Onu sabah və ya biri gün fikirləşərik. İndi çox yorulmuşuq. Dəhşət külək var idi. Topu öz meydanımızdan vururduq, geri qayıdırdı. Növbəti matçın aşkar favoriti "Qarabağ"dır.