“Bizimlə oyunlarda sistemlərini dəyişirlər” – Ayxan Abbasov
01.11.2020 - 17:02
“Bizimlə oyunlarda sistemlərini dəyişirlər” – Ayxan Abbasov

“Son iki oyunda formada olan komandaya qarşı oynayırdıq”.
 
Apasport.az saytının məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov deyib.
 
Gənc çalışdırıcı Azərbaycan Premyer Liqasının VIII turunun “Neftçi” ilə oyunu (0:0) barədə fikirlərini açıqlayıb: “Sevinirəm ki, rəqiblər bizimlə oyunlarda sistemlərini dəyişirlər. İtkilərimiz var, əlimizdəki futbolçulara uyğun oyun qururuq. Hücumda kəsərli olmağa rəqib imkan vermədi. Ədalətli nəticə heç-heçə idi. Penaltini vura bilməmək üzücü oldu. Zədəlilərin sağalmasını gözləyərək, hazırlıqlara davam edəcəyik".