“Borussiya” “Liverpul”a qiymət oxuyur – 100 milyon
10.03.2022 - 00:35
“Borussiya” “Liverpul”a qiymət oxuyur – 100 milyon

“Liverpul”un hədəfindəki yarımmüdafiəçi bəlli olub.

Apasport.az saytının məlumatına görə, bqş məşqçi Yurgen Klopp Dortmund “Borussiya”sının futbolçusu Cud Bellinqhemi sərəncamında görmək istəyir.

Almaniyalı mütəxəssis 18 yaşlı orta sahə oyunçusunun “Liverpul”a tam uyğun gəldiyi qənaətindədir. “Borussiya” gənc istedadı satmaqda maraqlı deyil və 100 milyon avrodan ucuz buraxmağa razılaşmayacaq.

Qeyd edək ki, Cud cari mövsüm Bundesliqada 22 oyunda 3 qol vurub.