"Borussiya" Halandı 75 milyona sata bilər
29.01.2020 - 16:50
Bir neçə gün əvvəl "Zalsburq"dan Dortmund "Borussiya"sına keçən Erlinq Haland Bundesliqa klubunda çox qalmaya bilər.
Apasport.az saytının məlumatına görə, 20 yaşlı forvardın gələn ilin yayında "Borussiya"dan ayrılmaq hüququ var.
Klubla futbolçu arasında imzalanan müqavilədə yer alan bəndə əsasən, Haland 2021-ci ilin yayında 75 milyon avro qarşılığında sərbəst qala bilər. Bu da onu diqqətdə saxlayan "Real", "Yuventus", "Mançester Yunayted" kimi nəhənglərə şans yaradır.
Qeyd edək ki, Erlinq Haland "Borussiya"nın heyətində keçirdiyi ilk iki matçda 5 qola imza atıb.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0