Dortmund “Borussiya”sının daha bir ingiltərəli futbolçusu vətənə qayıtmağa hazırlaşır.
Apasport.az saytının məlumatına görə, Ceydon Sançodan sonra digər gənc oyunçu Cud Bellingem də Premyer Liqada mübarizə aparmağa yaxındır.
18 yaşlı yarımmüdafiəçi “Liverpul”un transfer gündəmindədir. “Qırmızılar”ın baş məşqçisi Yurgen Klopp gənc futbolçunu çox bəyənir və onu sərəncamında görmək niyyətindədir. Bundesliqa təmsilçisi isə onu 120 milyon avrodan ucuz qiymətə satmayacağını bəyan edib.
Qeyd edək ki, “Borussiya” ilə müqavilə müddəti 2025-ci ilin yayına qədər olan Bellingem bu mövsüm 14 oyunda 3 qol vurub, 6 assist edib.
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir