“Borussiya” yeni müdafiəçi ilə gücləndi
12.01.2022 - 09:30
“Borussiya” yeni müdafiəçi ilə gücləndi

Mönhenqladbax “Borussiya”sı heyətinə yeni futbolçu qatıb.

Apasport.az saytının məlumatına görə, Almaniya klubu Marvin Fridrixin keçidini açıqlayıb.

26 yaşlı müdafiəçi “Union”dan transfer olunub. Onunla 2026-cı ilin yayına qədər müqavilə imzalanıb. Futbolçunun qiyməti 10 milyon avro olsa da, transferin neçəyə razılaşdırıldığı açıqlanmayıb.

Qeyd edək ki, Fridrix cari mövsüm “Union”da 21 matça çıxıb.