"Borussiya"da itki - PSJ ilə oyunu buraxacaq
06.02.2020 - 00:32
"Borussiya"da itki - PSJ ilə oyunu buraxacaq

Dortmund "Borussiya"sı ciddi itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, Bundesliqa təmsilçisinin yarımmüdafiəçisi Marko Roys zədələnib.

30 yaşlı oyunçu Almaniya kubokunda "Verder"lə (2:3) qarşılaşmada sıradan çıxıb. Klub rəsmi saytı vasitəsilə Roysun əzələ zədəsi olduğunu və 4 həftə komandadan kənarda qalacağını bəyan edib. Bu isə o deməkdir ki, Almaniya millisinin üzvü Çempionlar Liqasının 1/8 final mərhələsində fevralın 18-də PSJ ilə keçiriləcək matçı buraxacaq.

Qeyd edək ki, Marko Roys bu mövsüm 29 oyunda iştirak edib, 12 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.