"Futbolçularımı təbrik edirəm. İlk dəqiqələrdən çox istəkli idilər".
Apasport.az saytının məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XVII turunda “Zirə” ilə keçirilən qarşılaşmadan sonra deyib.
Komandasının 6:0 hesablı qələbəsini mətbuat konfransında dəyərləndirən Qurbanov hücum xəttindəki fəallıqdan razılıq bildirib: "Matçın startından yaxşı hücumlarımız oldu. Hər şey istədiyimiz kimi alındı. Bu qədər qol olacağını düşünmürdük. Ancaq bəzən belə hallar olur. Hər halda, “Zirə”dən ehtiyatlanırdıq. Son oyunumuzda heç-heçə qeydə alınmışdı. İlk dəqiqələrdən hiss olundu ki, yaxşı hazırlaşmışıq. Vacib 3 xal qazandıq".